Kateqoriyaları seçərək ən çox verilən sualların cavablarına baxa bilərsiniz
Tarif planını dəyişmək üçün müştəri xidmətləri ilə əlaqə saxlamalısınız (*2255). İstədiyiniz yeni tarif planı ilə bağlı məlumat verərək dəyişiklik tələb edə bilərsiniz. Həmçinin, veb saytımızda tariflər bölməsində mövcud planları müqayisə edərək seçim edə bilərsiniz
İnternet sürətinizi ölçmək üçün Speedtest.net, Fast.com, və ya Google-da "internet speed test" axtararaq bir sürət testi saytına daxil olaraq internet sürətini ölçə bilərsiniz
Güclü şifrələr istifadə edin, Wi-Fi şifrələməsini WPA3 ilə təmin edin, modeminizin firmware-nu mütəmadi yeniləyin və şəbəkənizdəki cihazların təhlükəsizliyini yoxlayın
2.4GHz daha geniş bir əhatə sahəsi və daha az sürət təqdim edir, 5GHz daha yüksək sürət və az müdaxilə ilə daha qısa bir əhatə sahəsi təmin edir, 6GHz isə daha yüksək sürət, daha çox bant genişliyi və daha az sıxlıq imkanı yaradır.
Wi-Fi şəbəkənizə qoşulmuş cihazların siyahısını öyrənmək üçün modeminizin interfeysinə daxil olun və "Find Connected Devices" bölməsinə keçin; burada "View Devices" seçimi ilə Wi-Fi şəbəkənizdən istifadə edən cihazların adları və IP ünvanları göstəriləcək.
İP Telefon, səsli danışıq üçün internet protokolu istifadə edən telefon sistemidir.
İP Telefon, daha aşağı xərclərlə beynəlxalq zənglər, əlavə funksiyalar (video zənglər, konfrans zəngləri) və daha asan genişlənmə imkanı təqdim edir.
İP Telefon zəngləri şifrələmə metodları (məsələn, SRTP) istifadə edərək məlumatların təhlükəsizliyini təmin edir.
İP Telefon sistemində müxtəlif cihazlar istifadə olunur, bunlar arasında İP telefonlar (müəyyən edilmiş cihazlar), smartfonlar (Skype, Viber kimi tətbiqlərlə), və kompüterlər (VoIP proqramları ilə) mövcuddur.
Aylıq ödənişlərinizi PashaPay, Hesab.az, E-Pul.az, MPay ödəniş sistemlərindən edə bilərsiniz. Saytımızda menudan "Onlayn Ödəmə" bölməsinə daxil olaraq portallara keçid linki əlda edə bilərsiniz
Sizə ən yaxın ödəniş sistemlərinə yaxınlaşaraq MilliÖn, EManat İnternet bölməsinə daxil olursunuz, FİBERNET seçirsiniz, Müştəri kodunuzu daxil edirsiniz və ödəniləcək məbləği daxil edirsiniz.
Suallarınıza cavab tapa bilmədiniz? Vaxt itirmədən zəng edin, operatorlarımız bütün suallarınıza cavab verəcək!