Xəbərlər

Fibernet Artıq Zaqatala Şəhərində!

Fibernet Artıq Zaqatala Şəhərində!
"Fibernet" provayderi xidmət şəbəkəsini genişləndirməyə davam edir. Şirkət növbəti infrastruktur layihəsini Zaqatala şəhərində uğurla tamamlayaraq fəaliyyətə başladığını elan edir.

Müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən bu genişlənmə sayəsində Zaqatala sakinləri artıq yüksəksürətli və kəsintisiz fiber-optik internet xidmətlərindən yararlana biləcəklər. Şirkətin təqdim etdiyi yeni nəsil şəbəkə həm fərdi abunəçilər, həm də biznes strukturları üçün stabil və sürətli data ötürülməsini təmin edir.

"Fibernet"in Zaqatala şəhəri üzrə xidmət zonasına daxil olan sakinlər müxtəlif tarif paketləri arasından seçim edərək müasir telekommunikasiya imkanlarına qoşula bilərlər. Provayder bölgələrdə rəqəmsal əlçatanlığı artırmaq məqsədilə infrastruktur işlərini digər istiqamətlərdə də davam etdirməyi planlaşdırır.