"Fibernet" provayderi xidmət şəbəkəsini genişləndirərək Kənd Əhmədli sakinlərinə və sahibkarlarına ən müasir texnoloji həllərini təqdim edir. Artıq bu ərazidə həm ferdi, həm də korporativ müştərilər dünya standartlarına cavab verən yüksəksürətli fiber-optik internet xidmətlərimizdən tam rahatlıqla yararlana bilərlər.
Biz sizə ehtiyacınıza uyğun çevik seçimlər təklif edirik. Yalnız sürətli internet xidmətindən faydalana bilər və ya istəyinizə uyğun olaraq internet paketinizə əlavə olaraq TV xidmətimizi də seçə bilərsiniz. Geniş kanal seçimi təqdim edən TV xidmətimiz sayəsində sevdiyiniz proqramları yüksək görüntü keyfiyyəti ilə izləmək imkanınız olacaq.
İstər evinizdə ailənizlə vaxt keçirərkən, istərsə də biznesinizin rəqəmsal ehtiyaclarını qarşılayarkən donma və kəsinti olmadan stabil bağlantıdan həzz alın. Hər bir müştəriyə fərdi yanaşma, münasib tariflər və peşəkar texniki dəstək komandamızla xidmətinizdəyik.